Ferrari – rəqiblərə bir saniyə uduzuruq

Çin Qran Prisinin bugünkü sıralanma turunu Ferrari sürücüləri yenə də uğursuz keçiriblər, düzdür, Felipe Massadan fərqli olaraq Kimi Rəykkönen yenə […]

Çin Qran Prisinin bugünkü sıralanma turunu Ferrari sürücüləri yenə də uğursuz keçiriblər, düzdür, Felipe Massadan fərqli olaraq Kimi Rəykkönen yenə də son sessiyaya keçə bilib. Amma finlandiyalı sürücü etiraf edib ki, Ferrari F60 sadəcə olaraq kifayət qədər sürətli deyil və komandanı modernizə işlərini sürətləndirməyə çağırıb…

Kimi Rəykkönen: “Əlbəttə, mən bu nəticədən razı deyiləm, amma bizim potensialımızı nəzərə alsaq bu nəticə ilə barışmalıyam. Biz maşından tam yararlandıq, hətta son sessiya üçün yeni təkər dəstimiz də qalmamışdı. Problem əvvəlki kimidir – bizim süərtimiz yoxdur. Maşın özünü pis aparmır, amma biz liderlərə dövrədə bir saniyə uduzuruq.

Ümid edirəm ki, tezliklə yeni şassi hazırlanacaq, amma hələlik maksimum mümkün nəticələr qazanmağa çalışacayıq. Ümid edirəm ki, yarış daha uğurlu olacaq və biz ilk xallarımızı qazanacayıq.

Əgər biz KERS istifadə etsəydik hansı yerdə olmağımızı bilmirəm: bəzi məqamlarda sistem üstünlük qazanmağa imkan verir, bəzilərində isə əksinə, mane olur. Vəziyyətdən yaxşı baş açmaq üçün daha yaxşı olardı ki, komanda iki maşından birində sistemi saxlayardı, onda müqayisə etmək olardı.”

Felipe Massa bu dəfə də komanda yoldaşına uduzub, braziliyalı sürücü 13-cü nəticə göstərib və etiraf edib, özü xəta edib…

Felipe Massa: “İkinci sessiyada ilk cəhdim pis alınmamışdı, amma növbəti cəhdimdə 9-cu döngədə səhvə yol verdim və finala çıxa bilmədim. Boksdan çıxarkən trafikə düşdüm, buna görə də təkərləri yaxşı qızıdra bilmədim.

Amma biz bu iki çətin yarışı keçirməliyik, bir neçə xal toplamalıyıq və eyni zamanda maşını təkmilləşdirməliyik. Məncə, KERS-in olmaması da pisdir, xüsusən də sıralanma turunda. Startda da sistemin böyük köməyi olurdu.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*