Ferrari rəng dəyişir?

Bəzi iddialara görə Ferrari bu il fərqli tonda qırmızıdan istifadə edəcək.

F-1.az xatırladır ki, italyanlar builki bolidlərini fevralın 17-də təqdim edəcəklər. Mövsümöncəsi testlər isə fevralın 23-də Barselonada başlayacaq.

Bəzi iddialara görə Formula1 rəhbərliyi komandalardan Barselona testlərində fərqli rəngdən istifadə etmələrini istəyib.

Buna görə də Ferrari testlərdə daha açıq tonlu qırmızıdan istifadə edəcək. Bəhreyndəki testlərdən etibarən isə komanda şirkətin 75-ci ildönümü şərəfinə daha tünd qırmızı ilə yarışacaq. Bu rəngin 2021-ci ildə Tuskan Qran Prisində istifadə etdikləri rənglə eyni olacağı iddia olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*