F-1.az xatırladır ki, monakolu sürücü lider getdiyi Bəhreyn yarışının sonuna 10 dövrə qalmış yavaşlayıb və nəticədə üçüncülüklə barışıb.
Maranelloda aparılan təhlillərin ardından məlum olub ki, gənc sürücünün maşınında injektor problemi olub. Lakin daxiliyanma mühərriyində heç bir problem yoxdur və Çində istifadə etmək mümkün olacaq. İnjektor yanacağı çəkməklə bağlı problem yaşayıb və nəticədə silindrlərdən biri sıradan çıxıb. Buna görə də mühərrik 120 at qüvvəsi itirib. İnjektorun xarab olma səbəbi Shell yanacaqları ola bilər. Lakin komanda injektoru xarab edən səbəbi tapmaq üçün əlindən gələni edir. Əgər komanda yeni problemlə qarşılaşmasa, injektoru dəyişməklə hər şey qaydasına düşəcək. Amma komanda hər ehtimala qarşı ikinci daxiliyanma mühərriyinə keçə bilər.