F-1.az xatırladır ki, finlandiyalı sürücü ikinci dəfə pit-stopa gələndə sol arxa təkərin dəyişdirilməsində problem yaşanıb. Köhnə təkər yerindən çıxarılmamış pit-stopun yaşıl işığı yanıb və peletonun ən yaşlı sürücüsü proseduru yerinə yetirərək yoluna davam edib. Rəykkönen sürətlənərkən yeni sol arxa təkəri tutan mexanikin ayağını ayağını iki yerdən qırıb.
FİA yarışdan sonra hadisə ilə bağlı Ferrari-ni dinləyib və nəticədə 50 min avro pul cəzası verib. Stüardlar bu barədə belə açıqlama veriblər: “Stüardlar 28.13 maddəsinə görə belə qənaətə gəliblət ki, bolid təhlükəli formada pitdən buraxılb. Komanda bolidi və işçisini təhlükə altına qoyaraq zədələnməsinə səbəb olub”.