F-1.az xatırladır ki, Pəddi Lou 2013-cü ildə Mercedes AMG komandasına keçmiş, 2014-cü və 2015-ci illərdə qazanılan çempionluqlarda böyük rol oynamışdı. Ferrari-nin texniki direktoru Ceyms Əllison bir müddət əvvəl vəzifəsindən getmiş, onu Mattia Binotto əvəzləmişdi.
Lakin iddialara görə, Ferrari daha güclü texniki direktor axtarır və Pəddi Lounun xidmətlərində maraqlıdır. Bu şayiələr xüsusilə də Sinqapur Qran Prisi ərəfəsində çoxalıb. Hətta bu sual dünən komandanın sürücüsü Sebastyan Fettelə ünvanlanıb və o, belə cavab verib: “Əgər onunla eyni səviyyədə olan mütəxəssis varsa, o barədə də düşünməliyik. Amma görürəm ki, elə biri yoxdur…”