F-1.az bildiri ki, sürücülər adətən testlərdən sonra mətbuat nümayəndələrinə öz təəssüratlarını bildirirlər. Amma nə sürücülər, nə də Ferrari-dən başqa bir məsul şəxs testlər barədə jurnalistlərə heç nə deməyiblər. İtalyanların bu addımı birmənalı qarşılanmayıb.
Ferrari komandasına yaxın resurslardan biri Speed Week nəşrinə belə açıqlama verib: “Ferrari jurnalistləri görmək istəmir. Yeni bolidi onlayn təqdim etdilər. İndi də sürücüləri şərh verməyə qoymurlar. Belə olan halda mətbuat necə işləyəcək? Ferrari-nin bu hərəkətini anlamaq çətindir”.