Ferrari-nin yeni rəhbəri ilsonuna qədər bilinəcək

Almaniyanın F1-Insider nəşri komandadakı mənbələrinə istinadən xəbər verir ki, Ferrari Mattia Binottonu əvəz edəcək yeni liderin adı ilə bağlı qərar verib.

F-1.az sözügedən resursun iddiasına əsasən bildirir ki, bu, Frederik Vasyör olacaq. Təyinat ilin sonuna qədər açıqlanacaq. Frederik üçün Alfa Romeo-dan Ferrari-yə keçid karyera yüksəlişidir, lakin eyni zamanda riskdir, çünki Scuderia sahibləri ondan təkcə yarışlarda qalib gəlməyini yox, həm də 2007-ci ildən bəri ilk dəfə sürücülər çempionatında qələbə gözləyəcəklər.

Komandadakı mənbələr əmin edirlər ki, Vassyör üçün asan olmayacaq, çünki Ferrari-də heç də hamı onun təyinatından razı deyil və Şarl Leklerin meneceri Nikolas Todt onun əsas rəqibidir.

2004-cü ildə Todt və Vassyör aşağı seriyalarda ciddi uğurlar qazanan ART Grand Prix komandasını qurublar, lakin dörd il əvvəl ortaqları arasında şirkət bölünüb və bu, onların münasibətlərinə mənfi təsir edib. Əgər alman jurnalistlərin məlumatı doğrudursa, o zaman Vassyörlə Todtun Ferrari-də nə dərəcədə ortaq dil tapa bildiklərini tezliklə öyrənəcəyik…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*