F-1.az xatırladır ki, Ferrari bu mövsüm də keçənilki kimi güclü mühərrik istehsal edib və hazırda ən güclü motora sahibdirlər. Buna baxmayaraq “qırmızılar” hələ də qələbə qazana bilməyiblər. İtaliya komandası bu il son güc qurğusunu Belçika yarışına gətirəcək və iddialara görə yeni mühərrik əvvəlkindən 20 at qüvvəsi qədər güclü olacaq. Belə olan halda düzlükdə güclü olan Ferrari-nin Belçika və İtaliyada qələbə şansı arta bilər.
Ferrari-nin yeni mühərriyi 20 at qüvvəsi güclü olacaq?
İspaniya yarışınln verdiyi məlumata əsasən Ferrari-nin Belçikaya gətirəcəyi üçüncü versiya güc qurğusu əvvəlkinə nisbətən 20 at qüvvəsi güclü olacaq.