F-1.az xatırladır ki, italyanlar hazırdan gələn ilin maşınına fokuslanıb. Həm şassi, həm də motor təkmilləşdirilir.
Mattia Binotto: “Hazırda var qüvvəmizlə işləyirik. Yeni mühərriyin dəzgah üzərindəki testləri çox uğurludur. İndi isə etibarlılığı artırmağa çalışırıq. 2021-ci illərdə aerodinamika ilə bağlı bəzi dəyişikliklər edilib və bu, iş rejimimizə təsir etdi. Ümid edirəm ki, SF1000-in zəif yönlərini düzəldərik”.