Ferrari-nin yeni maşını FİA-nın öndən çarpma testini uğurla keçib!

Komanda 2015-ci ildəki bolidininin inkişafına çox vaxt sərf etdiyindən yeni bolidin gecikəcəyi, hətta ilk testlərə çatmayacağı deyilirdi.

F-1.az xəbər verir ki, İtaliya mətbuatında yayılan məlumatlara görə, komandanın maşını bir-neçə uğursuz cəhddən sonra FİA-nın məcburi çarpma (krəş) testlərindən biri olan öndən çarpma testindən keçib.

Testin çətin keçməsinin səbəbi maşının burun hissəsinin formasının dəyişdirilməsi olub. Şayiələrə görə, komanda burun hissəni qısaldıb. Bu, aerodinamik effektin artmasına kömək edəcək. Ferrari mühəndisləri yanvar ayı ərzində maşının konstruksiyasını tədricən optimallaşdırmaq üçün bir neçə çarpma testi keçirib. Bütün bunlar göstərir ki, maşın mövsümöncəsi ilk testlərə qədər hazır olacaq.

Ferrari-nin yeni maşının dizaynında bir çox dəyişikliklər etdiyi bildirilir. Bunlardan biri də arxa hissənin Toro Rosso-da olduğu kimi daha dar hazırlanmasıdır. Ən böyük dəyişikliklərin isə güc qurğusunda edilməsi gözlənilir.

La Gazetta dello Sport bildirir ki, yeni maşının adının nə olacağı hələ məlum deyil.

 

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*