F-1.az bildirir ki, komanda bu gün həm də yeni mühərriyi ilk dəfə işə salıb. Bu prossesdə pandemiyaya görə bir neçə nəfər iştirak edib, komandanın qalan üzvləri isə onlayn rejimdə izləyiblər.
SF21 adlandırılacaq maşının təqdimatı iki mərhələdə, fevralın 26-da və martın 10-da olacaq. Ehtimal edilir ki, əvvəlcə maşının render şəkilləri yayımlanacaq, daha sonra isə, çox güman ki, Bəhreyndə real maşın göstəriləcək.
Mattia Binotto: “Bizim üçün mövsüm indi başlayır. Bu yolda çox çətinliklər olacaq, amma daha yaxşı nəticələr əldə etmək istəyirik. İcazə verilən bütün sahələrdə irəliləyiş əldə etmişik. Hansı mövqedə olduğumuzu və hara yüksəlmək istədiyimizi unutmadan məqsədyönlü şəkildə işləməliyik”.
Artıq 6 komandanın – McLaren, AlphaTauri, Alfa Romeo, Ferrari, Mercedes və Williams-ın maşınının təqdim ediləcəyi tarix məlumdur. Alpine, Aston Martin, Haas və Red Bull isə hələ bu yöndə açıqlama verməyib…
The 2021 season starts here 💪#essereFerrari 🔴 #SF21 pic.twitter.com/1LfRYQFiqu
— Scuderia Ferrari (@ScuderiaFerrari) February 12, 2021