F-1.az xatırladır ki, Ferrari yeni bolidini fevralın 14-də təqdim edəcək. Təqdimatdan sonra bolid Fyorano trasında test ediləcək və daha sonra Bəhreyndəki qış testlərinə göndəriləcək.
İtaliya mətbuatı xəbər verir ki, yeni şassi keçənilkinə nisbətən 2-3 kilo daha yüngüldür və bu da sürəti artıra bilər. Əgər doğrudan da belədirsə, bolid yalnız sürətli olmayacaq, təkərlərə də yaxşı davranacaq.
Bəzi iddialara görə isə komanda motor gücünü də artırıb, amma Ferrari bu xəbəri təkzib etmişdi.
Qeyd edək ki, Ferrari 2023-cü il bolidinin üzərində keçən ilin yaz aylarında başlayıb və Fransadan sonra F1-75-in inkişafını dayandırıb.