F-1.az xatırladır ki, Formula1-də ikinci mövsümünü keçirən Lekler bu il Fettellə komanda yoldaşıdır və iki sürücü ilk 12 yarışda yaxın performans göstəriblər. Hər iki sürücü qələbə qazanmasa da, almaniyalı sürücü podium saylarında 6-5 öndədir və komanda yoldaşını 24 xal qabaqlayır.
2014-cü ildə isə Rikkardo dördqat Dünya Çempionu Fettellə komanda yoldaşı olmuş və mövsümü almaniyalı sürücünün önündə bitirmişdi.
Daniel Rikkardo: “Bir neçə bənzərlik var: Gənc adam gəlir və yaşlı adamı məğlub edir. Bu gün Şarl ilə bunun oxşarını görürük. Üebdən soruşmalısınlz, ancaq gənc sürücünün gətirdiyi təzyiq də var. Lakin Seb bunun öhdəsindən gələ bilər. Hər şey özündən asılıdır. Tempini yüksəldə bilsə, əvvəlki formasına qayıda bilər. Şarl isə gəncdir və inkişaf edəcək. Buna görə də o, uzun illər ön cərgələrdə mübarizə aparacaq”.