Ferrari-nin vaxta ehtiyacı var

Ferrari komandasının sürücüsü Sebastyan Fettel etiraf edib ki, Ferrari 2016-cı il bolidində ciddi dəyişikliklər edib və mövsümün ilk yarışı Avstraliya QP-yə hazır olmaq üçün hələ çox vaxta ehtiyacları var...

F-1.az xatırladır ki, Ferrari komandası 6 test gününün 3-nü birinci yerdə başa vurub, amma dözümlülük problemlərinə görə istənilən qədər dövrə vura bilməyiblər.

Mercedes AMG komandası testlərdə 847 dövrə vurduğu halda, Ferrari cəmi 425 dövrə vurub.

Sebastyan Fettel bu mövzu barədə açıqlama verib: “Ümid edirəm ki, bir neçə həftə ərzində hazır olarıq. Hələ vaxtımız var. Burada da hələ iki günümüz var. Bu vaxtdan istifadə edib, yaxşı hazırlaşmalıyıq.

Heç kim istəməz ki, boliddə etibarlılıq problemləri olsun, amma problemlərin burada üzə çıxması bizim üçün yaxşıdır. Problemlər bir neçə həftə sonra üzə çıxsa, bu bizim üçün pis olar. Ancaq indi üzə çıxması yaxşıdır.

Testlər bu cür problemləri həll etmək üçündür. Biz istəyərdik ki, daha çox dövrə vuraq, amma testlər problemləri həll etmək üçündür.

Uzun sözün qısası, hazırkı vəziyyətdən razıyam”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*