Ferrari-nin üçüncü sürücüləri Covinatsi və Şvartsman olacaq

Antonio Covinatsi və Robert Şvartsman növbəti mövsümdən Ferrari komandasının ehtiyat sürücüsü olacaqlar.

F-1.az xatırladır ki, Covinatsi bu il həm də Dünya Dözümlülük Çempionatının Hypercar sinfində Ferrari üçün yarışacaq.

2023-cü ildə Dünya Dözümlülük Çempionatının dörd yarışı Formula1-lə üst-üstə düşür və buna görə də o yarışlarda Ferrari-nin ehtiyat sürücüsü Robert Şvartsman olacaq.

Robert 2022-ci ildə Ferrari ilə testlərə çıxıb və komandanın test və developer sürücüsü olub. O, Əbu Dabidəki mövsümsonu testlərində də F1-75-in sükanı arxasına keçmişdi.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*