Ferrari-nin testləri ləğv edilib

Sebastyan Fettelin qəzasından sonra Ferrari-nin mühəndisləri SF15-T-ni təmir edə bilməyiblər və bugünkü testlər ləğv edilib.

F-1.az xatırladır ki, Pirelli 2017-ci ilin yağış təkərlərini test etmək üçün Ferrari ilə müqavilə bağlamışdı. Amma Fyorano trasında keçirilən testlərin ilk günündə Fettel qəza edib.

Almaniyalı sürücü nahardan sonra qızdırma dövrəsində bolidin idarəetməsini itirərək, baryerlərə çırpılıb. Fettel boliddən xəsarət almamış çıxsa da, SF-15-T-də ciddi problemlər aşkar olunub. 2015-ci ilin bolidini yoxlamaq üçün Maranelloya göndəriblər.

Xatırladaq ki, “qırmızılar” Pirelli-nin yağış təkərlərini test etmək üçün SF15-T-ni xüsusi aerodinamik elementlərlə təchiz etmişdilər və bu qəzadan sonra bütün detallar zədələnib. Maranelloda aparılan təhlildən sonra ehtiyat hissələrinin olmadığı müəyyən edilib və testlər ləğv olunub. Bu gün trasa Antonio Covinatsi çıxmalı idi, amma bu qəzadan sonra italyan sürücü şansını qaçırıb…

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*