Ferrari-nin testləri davam edir

Ferrari doğma Fioranoda 3 günlük testlər keçirir. Bu gün dünənkindən fərqli olaraq, əsas sürücülər sükan arxasına keçirlər.

F-1.az xəbər verir ki, dünən komandanın ehtiyat sürücüsü Robert Şvartsman 87 dövrə vurub, yəni 259 km məsafə qət edib. Bundan sonra komanda onu inamlı performansına görə tərifləyib. Sürücü özü isə sınaqların gedişini izləmək üçün trasın hasarına yığışan gənc italyan azarkeşlərə təşəkkür edib – soyuq və yağışlı hava onlara mane olmayıb.

Bu səhər Maranelloda yenidən yağış yağır və temperatur +6 dərəcəni keçmir; gün ərzində isti olacaq,maksimum +9 temperatur müşahidə ediləcək…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*