Ferrari-nin təkamülü (1950-2016-cı illər): 8-ci yazı – Ferrari Lancia 801

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 60 gün qalır – 60 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşının təkamülü ilə tanış edəcəyik. Komandaya tam Formula1 reqlamenti çərçivəsində ilk titulu qazandıran maşının təkmilləşmiş versiyası olan Ferrari Lancia 801 modeli 8-ci yazımızın qonağı olacaq…

1956-cı il mövsümü, nəhayət, Ferrari-yə uğur gətirdi – düzdür, qələbə faktiki olaraq Lancia maşınında qazanılmışdı. Skuderiya qazandığı uğuru təkrarlamaq ümidilə Ferrari Lancia D50 modelini modernizə etmək qərarına gəldi. Komandanın əsas məqsədi Maserati-dən olan rəqiblərini arxada saxlamaq idi – onların 250 F modeli günü-gündən sürətlənirdi. Ferrari-yə titul qazandırmış Xuan Manuel Fanxio da Kommendatore ilə mübahisə etmiş və qapını bərk çırparaq Maserati-yə keçmişdi.

Mühəndislər maşının çəki pylanmasını yaxşılaşdırmaq üçün kokpitin yanındakı “ətəkləri” (yubkaları) yığışdırdılar. Motorun parametrlərini dəyişməklə gücünü 10 at qüvvəsi artırmaq mümkün oldu. Burun hissəni təkmilləşdirən mühəndislər Ferrari 555 F1 Supersqualo-nun ön asılqanlarını maşına quraşdırdılar. Ötürmələr qutusu sıfırdan yığıldı.

Bütün bu dəyişikliklər yeni modelin sürətini artırmaq əvəzinə, əksinə, azaltdı. Arxaya keçirilmiş yanacaq çəni çəki paylanmasını yaxşılaşdırsa da, indi yarışda yanacaq doldurmaq üçün tez-tez pit-stop etmək lazım idi. Ön asılqanları effektiv işlətmək mümkün olmadı, yeni ötürmələr qutusu isə daim sıradan çıxırdı.

Motor bir qədər güclənsə də, Maserati-nin V12 motorlarına uduzurdu, etibarlılığı isə azalmışdı.

 

FERRARİ LANCİA 801

Ferrari 801 F1

 

Skuderiyanın 1957-ci il mövsümü üçün hazırladığı maşın 801 indeksini (8 – silindrlərin sayı, 01 – Formula1) almışdı, maşın bəzi məlumat kitablarında Ferrari Lancia 801, bəzilərində isə Ferrari 801 F1 adlanır.

Amma maşın çox uğursuz alınmışdı və rəqabətədavamlı deyildi, rəqiblərlə mübarizədən söhbət belə getmirdi. Yalnız mövsümün sonunda komandanın sürücüləri podium qazanmağa başladılar, təəssüf ki, hər dəfə Maserati-nin bir sürücüsü qələbə qazanırdı – mövsümün yeddi yarışının hamısı rəqib komandanın qələbəsi ilə nəticələndi. Komandaya bir il əvvəl titul qazandıran Fanxio isə 4 qələbə qazanaraq karyerasında 5-ci titulunu bayram etdi. Onun komanda yoldaşı Strilnq Moss 3 qələbə ilə ikinci oldu.

 

FERRARİ LANCİA 801-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari 801 F1

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1957-ci il 7 25 0 0 7 2
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*