Ferrari-nin təkamülü (1950-2016-cı illər): 62-ci yazı – Ferrari F2012

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 6 gün qalır – 6 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 62-ci yazımızda Fernando Alonsonu növbəti dəfə son yarışda tituldan məhrum etmiş Ferrari F2012 modelindən danışacağıq…

2012-ci ildə Ferrari-nin mühəndisləri keçənilki ağır məğlubiyyətin əvəzini çıxmağa çalışrıdılar. Maşının baş kostruktoru Nikolas Tombasis qalsa da, texniki direktor yeni idi – Pət Fray. Onun rəhbərliyi altında keçənilki maşın modernizə olunaraq F2012 adını aldı.

Yeni maşının əsas xüsusiyyəti ön asılqanın konsepsiyasının dəyişməsi idi – mühəndislər itələyici asılqandan dartıcı asılqana keçmişdilər. Bu sahədə daha bir yenilik var idi – mövsümlərarası fasilədə Skuderiya “reaktiv” asılqan üzərində işləyridi. Amma ondan istifadə etmək alınmadı – FİA asılqanın reqlamentə uyğun olmadığını bildirdi.

Asılqandan başqa, maşının bütün detalları təkmilləşdirilmişdi. İşlənmiş qazları çıxaran boruların və radiatorların yeri dəyişdirilmişdi, ağırlıq mərkəzi aşağı salınmışdı. Burunda pillə peyda olmuşdu – yeni qaydalara əsasən 2012-ci ilin bütün maşınlarında donqar burun peyda olmuşdu. Maşının aşağı arxa hissəsi daha dar və konusabənzər alınmışdı…

FERRARİ F2012

Ferrari, Scuderia Ferrari, Ferrari F2012, 2012, Fernando Alonso, Felipe Massa

Son 3 ildə ikinci dəfə Fernando Alonso mövsümün sonuncu yarışında titulun başqa sürücüyə qistmət olduğunu izlədi. İki il əvvəl buna komanda körpüsünün ciddi taktiki səhvi səbəb olmuşdu. 2012-ci ildə 20 yarışından sonra Alonso Fettelə cəmi 3 xal uduzdu. Bu məğlubiyyətdən sonra Alonso bildirdi ki, “2012-ci ildə mən Ədrian Nyui ilə mübarizə apardım” və ya “mənim əsas rəqibim Fettel deyil, Həmiltondur”.

2012-ci ildə Skuderiyanın lideri ən yaxşı mövsümünü keçirdi, amma titul qazanmamasının əsas səbəbkarı F2012 oldu – mövsümə çətin başlayan komanda təkmilləşdirdyi maşınla mövsümün ortasında ldierliyə yüksəldi. Amma mövsümün ikinci yarısı Alonso üçün çox uğursuz oldu. Bu hissədə Red Bull maşını yarışdan yarışa inkişaf edərək liderliyi ələ keçirdi, Skuderiyanın mühəndislərinin hazırladığı yeniliklər isə istənilən nəticəni vermədilər.

2012-ci ildə titul uğrunda mübarizəni belə ifadə etmək olar: Red Bull daim inkişaf edir, Ferrari yerində sayır, buna görə də Alonso uduzur.

Bəs F2012-nin əsas çatışmazlıqları nə idi? Sıralanma turunda təkərləri qızdırmaq olmurdu, maşına isə asfaltayatma qüvvəsi çatmırdı.

Sorucu diffuzorların qadağasından sonra McLaren və Red Bull-un mühəndisləri yan pantonların forması, mühərriyin sazlanması və qazburaxma sisteminin borularının konfiqurasiyası üzərində işləməklə böyük asfaltayatma qüvvəsinin itkisini kompensə edə bilmişdilər. Maranelloda isə, əksinə, mövsümün əvvəlində maşın rəqabətədavamlı olsa da, ümumən asfalytayatma qüvvəsini itirmişdi, müasir Formula1-də isə bu qüvvəsiz nəsə etmək mümkün deyil.

Düzdür, 2012-ci ilin maşını sələfindən rəqabətədavamlı idi, amma mövsümün əvvəlində maşının belə görünməsində rəqiblərin də rolu var idi. Red Bull mövsümə çox zəif başladı, mövsümün ilk 7 yarışında 5 müxtəlif komandanın 7 müxtəlif sürücüsü qələbə qazanmışdı. Mövsümdə ikinci qələbəsini qazanmış ilk sürücü Alonso oldu.

Mövsümün ortasında Alonso Red Bull-un sürücülərini böyük üstünlüklə qabaqlayırdı – Uebberi 34 xal, Fetteli isə 44 xal. Hamı hesab edirdi ki, bu il ispaniyalı sürücü tiffoziləri sevindirəcək. Amma Belçikada ilk döngədə Alonso ağır qəzanın qurbanı oldu, daha sonra səfər yarışlarında Fettel ardıcıl 4 qələbə qazandı, Fernando isə Yaponiyada da xalsız qaldı. Sebastyan liderliyə yüksəldi. Mövsümün sonunda Lotus-la çempionata qayıdan Kimi Rəykkönen və McLaren sürücüləri qələbələr qazandılar.

Alonso qələbə uğrunda mübarizə aparmağa imkanı olmadan əlindən gələni etdi, mütəmadi olaraq podiuma qalxdı, amma sonda yenə də Fettelə uduzdu – Red Bull və Fettel ardıcıl 3-cü titullarını bayram etdilər. Ferrari isə növbəti dəfə hər iki çempionatda ikinciliklə təsəlli tapmalı oldu…

FERRARİ F2012-NiN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari F2012, 2012, Fernando Alonso, Felipe Massa

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
2012-ci il 20 40 2 3 15 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*