Ferrari-nin təkamülü (1950-2016-cı illər): 4-cü yazı – Ferrari 553 F2/F1

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 64 gün qalır – 64 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşının təkamülü ilə tanış edəcəyik. Ferrari 553 F2/F1 dördüncü söhbətimizin qəhrəmanıdır…

Ardıcıl iki il çempionatda hegemonluq etməsinə baxmayaraq, komanda yaxşı başa düşürdü ki, növbəti mövsümdə hər şey deyişə bilər. Alfa Romeo çempionatdan getdikdən sonra Skuderiyanın çempionatda rəqibi qalmamışdı, amma 1954-cü ildən Formula1-in yeni reqlamenti qüvvəyə minəcəkdi və hamı təmiz vərəqdən başlayacqdı. Ona görə də çempionata yeni iştirakçıların qatılması gözlənilirdi.

Maranelloya xəbərlər gəlirdi ki, Maserati-nin zavod komandası potensialını artırır, Mercedes və Lancia isə çempionatda debütə hazırlaşırlar. Rəqiblərinin aktivliyini görən “qırmızılar” 1953-cü ilin son yarışına – Montsaya qarşıdakı mövsüm üçün nəzərdə tutulmuş maşınla gəlmişdilər. Çempionatda hələ 2 litrlik motorlar istifadə olunduğu üçün yeni maşına da bu motor quraşdırılmışdı. Bu modelə qədər maşının adında motorun işçi həcmi indeks kimi götürülürdü, amma bu dəfə sadəcə ilin son iki rəqəmi əlavə olundu – 553 F2.

Artıq 1954-cü ildə bu model üçün nəzərdə tutulmuş 2.5 litrlik motor öz yerini tutdu və adında F2-ni F1 əvəz etdi. Baş konstruktor Aurelio Lampredi Kommendatoreni inandırmışdı ki, 2.5 litrlik 4 silindrli motor eyni həcmdə olan 12 silindrli motordan daha üstündür. İlk stend sınaqları Lampredinin haqlı olduğunu göstərmişdi – əvvəla, motorların gücü eyni idi, amma 4 silindrli motor 45 kq yüngül idi və 65% az detaldan ibarət idi. Amma tezliklə məlum oldu ki, bu üstünlüklər çempionatın yeni komandaları ilə mübarizədə heç də yetərli deyil.

 

FERRARİ 553 F2/F1

Ferrari 553 F2/F1

 

Yeni maşın burnuna və şişmiş kənarlarına görə tarixə Squalo (Köpək balığı) adı ilə düşüb.

Askarinin iki titul qazandığı maşınla müqayisədə struktur cəhətdən yeni maşın irəliyə doğru ciddi addım idi: adi lonjeronlu əvvəlki modellərdən fərqli olaraq bu dəfə aşssi dəlikli borulardan təşkil olunmuş rama üzərində yığılmışdı.

Bundan başqa, daha yaxşı çəki paylanmasına nail olmaq üçün hər iki yanacaq çəni sürücünün yan tərəflərinə keçirilmişdi və bununla da maşının arxa hissəsi qısaldılmış və aşağıya endirilmişdi.

Bütün bu yeniliklərə baxmayaraq, maşın elə də uğurlu alınmamışdı. Çempionatda bu maşınla yeganə qələbəni 1954-cü ildə İspaniyanın Pedralbes trasında Mayk Hotorn qazanmışdı.

 

FERRARİ 553 F2/F1-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari 553 F2/F1

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1953-cü il 1 2 0 0 0 8
1954-cü il 5 10 0 1 1 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*