Ferrari-nin təkamülü (1950-2016-cı illər): 24-cü yazı – Ferrari 312 B3

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 44 gün qalır – 44 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 24-cü yazımızda komandanın  monokok şassi üzərində yığılmış ilk modeli – 312 B3 modeli barədə danışacağıq…

Ferrari artıq 10-cu mövsüm idi ki, titul qazana bilmirdi. 1972-ci ildə heç bir starta çıxmayan eksperimanetal 312 B3 S modelinin uğursuz debütü konstruktor ştabında dəyişikliklərə səbəb oldu – FİAT-ın təzyiqi altında Entso Ferrari baş konstruktor Mauro Forqyerini perspektiv layihələr şöbəsinə göndərdi.  Yeni maşını isə Alessandro Kolombonun rəhbərliyi altında FİAT-ın konstruktorları Cakomo Kaliri və Franko Riççi hazırlamağa başladılar.

Kolombonun əsas məqsədi qırmızı maşınları monokok tipli kuzova keçirmək idi, amma ölkədə buna bənzər texnologiyalar olmadığı üçün Sandro ingilislərə müraciət edir. Yekunda maşın Britaniyada istehsal olunmuş monokok üzərində yığılır və İtaliyada “ingilis” adını aldı. Digər sahələrdə ciddi innovativ yeniliklər yox idi, hətta bəzi elementlər artıq köhnəlmişdilər. Məsələn, radiator yenidən burun hissəyə keçirildi, çünki yan tərəfdə yerləşdirilərkən, motor kifayət qədər soyudulmurdu.

Təəccüblü deyil ki, yeni maşın rəqabətədavamlı alınmadı. Hətta yeni Goodyear təkərləri də kömək etmədilər. Mövsümü podiumsuz keçirən Entso yenidən Forqyerini komandaya qaytardı. Mövsümün gedişindən tam narazı qalan Kommendatore Almaniya və Hollandiya yarışlarına heç qatılmadı, bu hərəkəti bəyənməyən Jaki İks komandanı tərk etdi və Nürburqrinqdə McLaren-in heyətində 3-cü oldu.

FERRARİ 312 B3

Ferrari, Scuderia Ferrari, Ferrari 312 B3, 1973

Ferrari üçün daha bir texniki irəliləyiş: 1960-cı ildə motoru sürücünün arxasına keçirən komanda, nəhayət, 1973-cü ildə monokok tipli şassiyə də keçdi.

Peletonda ən güclü motora sahib olmasına baxmayaraq, motorun effeltivliyini zəif şassi heçə endirirdi. Britaniya komandaları ilə eyni səviyyədə mübarizə aparmaq üçün monokok tipli şassiyə keçmək lazım idi. 1973-cü ildə Mauro Forqyerini əvəz edən Sandro Kolombo britaniyalı mütəxəssis Conatan Tompsona müraciət edir – Ferrari-nin monokok üzərində yığılan ilk şassisi “ingilis” adını alır.

Entso və FİAT rəhbərliyi yeni maşından böyük nəticələr gözləsələr də, reallıqda hər şey tam əksinə oldu. Yeni maşın heç podium uğrunda mübarizə aparmağa belə qadir deyildi. Ona görə də mövsümün ortasında Entso bəzi yarışlarda iştirakdan belə imtina etməli olur. Kommendatore Forqyeriyə yeni maşın hazırlamağı tapşırır.

Mövsümə 312 B2 modeli ilə başlayan komanda ilk 3 yarışda 3 dəfə dördüncü olsa da, yeni model çıxış etdiyi 6 Qran Pridə cəmi 2 dəfə xal qazanmağa imkan verdi – Jaki İks Fransada 5-ci, İsveçdə isə 6-cı oldu…

FERRARİ 312 B3-ÜN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari 312 B3, 1973

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1973-cü il 6 8 0 0 0 5
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*