Ferrari-nin təkamülü (1950-2016-cı illər): 22-ci yazı – Ferrari 312 B2-B

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 46 gün qalır – 46 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 22-ci yazımızda komandanın tələsik hazırladığı 312 B2-B modeli barədə danışacağıq…

1972-ci ildə Ferrari yenə də 312 B2 modelindən istifadə edir, amma bu dəfə maşının inqilabi üfüqi arxa asılqanı ənənəvi asılqanla əvəz olunur. Ona görə də bu maşın məlumat kitabçalarında 312 B2-B adı ilə qeyd olunur. Düzdür, bu dəyişiklikdən sonra maşının etibarlılığı çox artmışdı, amma indi maşına sürət çatmırdı.

Komandanın şərəfini Jaki İks və Kley Reqatsoni qoruyurdular, Jaki bəzi mərhələlərdə çıxış etmədikdə onu Nanni Qalli və Arturo Mertsario əvəz etmişdilər. Bu sürücülərdən əlavə, bir neçə yarışda Mario Andretti də “qırmızı”ların heyətinə qatılmışdı.

Çempionatda isə Lotus 72 və Emerson Fittipaldi dominantlıq edirlər. Braziliyalı sürücü ilk titulunu asanlıqla qazanaraq 25 yaşında çempionat tarixində ən gənc dünya çempionu oldu. Bu rekordu 2005-ci ildə Fernando Alonso, daha sonra Lyuis Həmilton və Sebastyan Fettel yenilədilər.

FERRARİ 312 B2-B

Ferrari, Scuderia Ferrari, Ferrari 312 B2-B, 1972-1973

 

1972-ci ildə inqilabi üfüqi arxa asılqanlardan ənənəvi kinematikaya qayıdan Ferrari-nin mühəndisləri maşının effektivliyini artırsalar da, rəqiblərin sürətli maşınları ilə müqyisədə 312 B2-B artıq köhnəlmişdi.

Jaki İks çətin və tələbkar Nürburqrinqə qələbə qazana bildi. Amma əgər maşınının etibarlılıq problemləri tam həll olunsaydı, komanda Britaniya, İtaliya və Belçikada da qələbəyə çox yaxın idi.

Maraqlıdır ki, Almaniyada hər iki Ferrari maşını rəqabətədavamlı idi. İks sıralanma turunda Ceki Stüartın əvvəlki rekrodunu 13 saniyə, yarışda isə Fransua Severin keçənilki rekrodunu 7 saniyə yaxşılaşdırmışdı. Belçikalı sürücü karyerasında yeganə Böyük Dəbilqəyə imza atmışdı. Yeri gəlmişkən, bu qələbə Jakinin karyerasında sonuncu qələbə idi.

1973-cü ildə yeni maşın hələ hazır olmadığı üçün ilk 3 səfər yarışlarında da 312 B2-B-dən istifadə olunmuşdu. İks iki dəfə 3-cü yerdən start alsa da, podium qazana bilməmişdi…

FERRARİ 312 B2-B-NİN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari, Scuderia Ferrari, Ferrari 312 B2-B, 1972-1973

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1972-ci il 12 30 4 1 6 1
1973-cü il 3 6 0 0 0 4
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*