Ferrari-nin təkamülü (1950-2016-cı illər): 19-cu yazı – Ferrari 312/69 F1

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 49 gün qalır – 49 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 19-cu yazımızın qəhrəmanı 312 F1 modelinin 1969-cu ildə modernizə olunmuş versiyasıdır…

1969-cu ildə Ferrari şirkəti üçün dəyişikliklər ili oldu. Əvvəlcə Entso Ferrari bəyənmədiyi FİAT konserni ilə razılaşma əldə etdi və komandanın səhmlərinin 50%-ni konsernə satdı. Entso rəhbərlikdə qalmaq üçün səhmlərin 50%-ni özündə saxlamışdı. Bütün bu dəyişikliklər Formula1 komandasında da özünü göstərdi – mövsüm komanda üçün keçid xarakteri daşıyırdı.

Jaki İksin arxasınca komandanı idman direktoru Franko Lini də tərk etmişdi, konstruktor Mauro Forqyeri isə Entso ilə növbəti davadan sonra Modenadakı filiala göndərilmişdi. Onu komandada Stefano Yakopponi əvəz etmişdi. Mövsümün ilk yarısında komanda starta yalnız Kris Eymonun idarə etdiyi bir maşınla çıxırdı. Mövsümün ortasında Pedro Rodriges Eymona qoşuldu, amma tezliklə Eymon da komandanı tərk etdiyi üçün çempionatı Rodriges təkbaşına başa vurmalı olmuşdu.

Texniki nöqteyi-nəzərədn dəyişiklik elə də çox deyildi – mühərrik növbəti dəfə yenilənmişdi, ön və arxa qanadlar peyda olmuşdular. Builki model sələfinə çox bənzəyirdi, xüsusən də etibarlılıqda – bütün ilboyu Ferrari-nin sürücüləri cəmi 4 dəfə damalı bayraq görmüşdülər. Mövsümün sonunda Entso yenidən Forqyerini komandaya qaytarmalı oldu.

FERRARİ 312/69 F1

Ferrari 312/69 F1

 

Ardıcıl 4-cü il Ferrari komandası 312 F1 modelini modernizə etmişdi – amma maşın 4 il əvvəlki sələfindən tam fərqlənirdi. Aerodinamika tam yenilənmişdi, maşın daha axımlı və yastı alınmışdı. Maşının önündə və arxasında antiqanadlar peyda olmuşdular. Yenilənmiş 3 litrlik V12 motorun (1969-cu ildə yanacağın daxil olması mərkəzə, işlənmiş qazların xaric olması kənarlara keçirilir) gücü 436 at qüvvəsinə çatdırılmışdı.

Şassinin, aerodinamikanın və motorun yenilənməsi rəqibləri qabaqlamağa kömək etmir. Kris Eymonun Hollandiya Qran Prisindəki 3-cü yeri komandanın ən yaxşı nəticəsi olur. Mövsümün sonunda yeni zelandiyalı sürücü komandanı tərk edir. Ferrari isə bir neçə il büdcə problemləri yaşadıqdan sonra FİAT ailəsinin üzvü olur.

FERRARİ 312/69 F1-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari 312/69 F1

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1969-cu il 10 10 0 0 1 3
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*