Ferrari-nin sürücüləri nəticədən razıdırlar

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, əllrəindən gələnin ən yaxşısını ediblər.

F-1.az xatırladır ki, Ferrari komandasının sürücüləri Lekler və Sayns yarışa müvafiq olaraq 10 və 11-ci yerdən başlayıblar. Yarışda isə Corc Rasselin baryerlərə çırpılmasından sonra trasa təhlükəsizlik maşını çıxıb. Yarışa Medium təkərlə başlayan bütün sürücülər pitə gedib Hard təkərlər götürsələr də, Lekler və Sayns trasda qalıblar. Beləliklə, onlar tək pit-stop strategiyası ilə yarışı 4 və 5-ci yerdə bitiriblər.

Yarışın dördüncüsü Şarl Lekler: “Bu gün qazana biləcəyimiz ən yaxşı nəticə bu idi. Bütün təkərlərdə rəqabətədavamlı idik. Strategiya cəhətdən doğru seçim etdik”.

Yarışın beşincisi Karlos Sayns: “Sıralanma turunda bu qədər geridə olmasaydıq, Mercedes və Aston MArtin-lə mübarizə apara bilərdik”.

Qeyd edək ki, bu nəticə İtaliya komandasının Azərbaycan yarışından sonrakı ən yaxşı nəticəsidir.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*