F-1.az xatırladır ki, Avstraliyada başladılan araşdırmaya görə Mission Winnow yazıları bolidin üzərindən götürülüb. Bu loqotip bolidin üzərində böyük sahəni əhatə edirdi. Buna görə də maşının üzərində böyük boşluqlar yaranacaq.
Luis Kamilyeri: “Avstraliyadakı sağlamlıq mərkəzləri ilə problem oldu və Philip Morris buna həll yolu tapa bilmədi. Ancaq Avstraliyada azarkeşlərimiz üçün sürprizimiz olacaq”.
Qeyd edək ki, komanda işçiləri Avstraliyda keçənilki paltarları geyinəcəklər. Bolidin üzərindəki loqotiplərin Bəhreyndə yenidən qaytarılması gözlənilir.