Ferrari-nin strategiya departamentində dəyişikliklər: İnyaki Rueda göndərilir

İtaliya mətbuatında Ferrari komandasının strategiya departamentində mümkün dəyişikliklərlə bağlı xəbərlər yayılıb.

Corriere dello Sport qəzeti yazıb ki, yeni mövsümdə İnyaki Rueda şirkətdə qalsa da, artıq bu departamentdə işləməyəcək – onun GT yarışlarına cavabdeh olan bölməyə transfer edilməsi mümkündür.

F-1.az xatırladır ki, Rueda uzun illər Skuderiyanın strateqlərindən biri olub və 2015-ci ildən bu şöbəyə rəhbərlik edib, lakin ötən il onu bu postda Ravin Ceyn əvəzləyib, bundan sonra ispaniyalı mütəxəssis yarışlara getməyi dayandırıb və yalnız komandanın Maranellodakı bazasında çalışıb. Buna baxmayaraq, onun şöbənin işinə təsiri çox əhəmiyyətli olaraq qaldı.

Bir neçə mövsümdür ki, Ferrari strateqləri mübahisəli və bəzən açıq-aydın səhv qərarlara – 2023-cü ildə, xüsusən də Ostin və Əbu Dabidəki mərhələlərə görə tənqid olunurlar. Ruedanın Formula1 komandasını tərk etməsi rəhbərlik dəyişikliyindən sonra kifayət qədər gözlənilən kadr dəyişikliklərinin davam etdiyini göstərir.

Frederik Vassyör cəmi bir il əvvəl komandaya rəhbərlik etməyə başlayıb və onun əsas vəzifəsi Ferrari-ni əvvəlki mövqeyinə qaytarmaqdır, çünki sonuncu dəfə komanda Mühəndislər Kubokunu 15 ildən çox əvvəl, 2008-ci ildə qazanıb.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*