Ferrari-nin sponsoru araşdırılır

Avstraliya höküməti Ferrari komandasının yeni sponsoru olan Mission Winnow-nu araşdırır.

F-1.az bildirir ki, Mission Winnow “qırmızılar”ın köhnə sponsoru Philip Morris şirkətinin bir layihəsidir. Şirkət siqaret reklamlarının yasaqlanmasından sonra alternativ həll yolu tapdığını desə də, bəziləri hesab edirlər ki, rənglər və loqotipin oxşarlığına görə ağla Marlboro siqaretləri gəlir.

Araşdırma Viktoriya ştatının federal sağlamlıq təşkilatı və Avstraliya kütləvi informasiya vasitələri agentliyi tərəfindən aparılır. Avstraliyanın antitütük hərəkatının nümayəndəsi Con Kanninqəm bildirib ki, “Mission Winnow loqotipinin F1-lə heç bir əlaqəsi yoxdur, sadəcə tütün şirkətinin reklam qadağasını dolayı yolla keçmək cəhdidir…”

Philip Morris-in rəhbərliyi isə şirkətin qanunlara hörmət etdiyini deyib: “Kampaniya heç bir məhsulu tanıtmır”.

İstisna olunmur ki, araşdrımanın nəticəsində Ferrari Sebastyan Fettel və Şarl Leklerin maşınlarından Mission Winnow loqotiplərini yığışdırmalı olacaq…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*