Dünən Ferrari-nin Qüdsdəki (Yerüsəlim) şousuna 60 min tamaşaçı toplaşıb – Cankarlo Fizikella 2800 metr uzunluğunda improvizə olunmuş küçə trasında Ferrari F60 maşını ilə 200 km/saat sürət yığa bilib.
Cankarlo Fizikella: “Fantastik, qeyri-adi və unudulmaz hisslər yaşadım. Belə bir tarixi yerdə bu qədər insanın gözləri önündə maşın sürmək – inanılmazdır. Səhər Köhnə şəhərə baş çəkmişdim. Unudulmaz gündür!”
Bu gün Ferrari-nin şousu davam edəcək – şəhərin küçələrinə Ferrari Challenge seriyasında çıxış edən F430 və F458 çıxacaqlar…