Ferrari-nin problemi məlum olub

Ferrari komandası Şarl Leklerin mübarizəni dayandırma səbəbini tapıb.

F-1.az xatırladır ki, Şarl Lekler Barselonadakı yarışda rahatlıqla lider gedərkən yarışın 26-cı dövrəsində güc itirərək mübarizəni dayandırıb. Bundan sonra Binotto problemin nə olduğunu bilmədiyini demişdi.

Dünən Barselonadan Maranelloya çatdırılan güc qurğusunu Ferrari-nin motor ustaları təftiş ediblər.

Məlum olub ki, turbin və MGU-H generatoru sıradan çıxıblar və bərpa olunmayacaqlar. Yəni komanda Monakoya bu elementlərin mövsümdə cəriməsiz  istifadəsinə icazə verilən sonuncusunu gətirəcək…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*