Ferrari-nin prezidenti Luka di Montedzemolo əmindir ki, əgər eybiadlı komanda Formula1-i tərk etməyə məbur olsa, onda şirkət yarışlara olan ehtirasını digər seriyalarda realizə edə bilər, komandanın sürücüləri də prezidentin bu fikrini dəstəkləyiblər…
Luka di Montedzemolo: “Mən azarkeşlərə çoxsaylı dəstək məktublarında görə minnətdarlıq elan etmək istıyirəm, məktublar dünyanın hər bir bucağından bizim sayta və elektron poçtumuza gəlir. Bilmək bacibdir ki, biz dünyanın istənilən nöqtəsində dəstəyə ümid edə bilərik və bizim azarkeşlərimiz belə bir qərarın qəbul olunmasına gətirən səbəbləri başa düşürlər.
Əgər biz çempionatı tərk etmək məcburiyyətində qalsaq (hazırda biz yeganə komandayıq ki, bütün 60 çempioantda iştirak etmişik və bütün cədvəllərə də başçılıq edirik), burda söhbət yalnız çempionatın əsas dəyərlərinin dəyişdirilməsindən gedir. Bu halda bizim maşınlar digər yarışlara qatılacaqlar, mən əminəm ki, hər bir yarışda biz azarkeşlərimizin dəstəyini hiss edəcəyik. Yarışlar Ferrari-nin DNT-sinin bir hissəsidir, bu heç vaxt dəyişməyəcək.”
Felipe Massa: “Mən şirkəti belə bir aadım atmağa məcbur edən səbəbləri başa düşürəm. Müxtəlif reqlamentlə çempionat – iki müxtəlif konstruksiyalı maşınların yarışması: bunlar hamısı ağılsızlıqdır. Artıq bu il biz gördük ki, reqlamentin bir maddəsinin müxtəlif cür yozulması necə qarışıqlıq salmışdı, onda təsəvvür edin ki, gələn il necə olacaq.
İstənilən sürücü üçün Formula1-də çıxış etmək böyük bir arzunun gerçəkləşməsidir – mən öz arzumu reallaşdıra bilmişəm. Mən uşaq olanda Ferrari mənim üçün yarış sinonimi idi, ona görə də mən əminəm ki, əgər Skuderiya çempionatı tərk edərsə, digər yarışlarda qırmızı maşınların qələbəsindən həzz almaq mümkün olacaq.”
Kimi Rəykkönen: “Formula1-i Ferrari-siz təsəvvür etmək çətindir. Mən McLaren-də çıxış edəndə Skuderiya bizim üçün nümunə idi, bu komandaya hamı qalib gəlməyə çalışırdı. Ferrari-nin sükanı arxasına oturduqdan sonra mən başa düşdüm ki, bu sadəcə komanda deyil, bu əfsanədir.
Mənim həmişə yarışlara ehtirasım olub, mən həmişə Formula1-də çıxış etmək istəmişəm, çünki bu avtoidmanın idman və texnolji zirvəsidir. Aydındır ki, FİA istədiyi kimi qaydalar dəyişsə, Formula1-i bildiyimiz kimi tanımaq çətin olacaq.
Mən müxtəlif qaydalara əsasən qurulmuş maşınların trasda mübarizəsini təsəvvür edə bilmirəm – bu həm idman üçün, həm də azarkeşlər üçün pisdir, amma əgər bu doğrudan da baş verərsə, onda mən başa düşürəm ki, niyə Ferrari digər çempionatlara keçməyi düşünür.”