Ferrari-nin muzeylərinə ziyarətçi axını artıb

2019-cu ildə Ferrari-nin Maranello və Modenadakı muzeylərini ziyarət edən şəxslərin sayı 12% artıb.

F-1.az şirkətin mətbuat xidmətinə istinadən bildirir ki,  bir çox Formula1 bolidlərinin sərgiləndiyi Maranelloda il ərzində ziyarətçilərin sayı 400 mini keçib. Modenadakı “Entso Ferrari” muzeyini isə təxminən 200 min insan ziyarət edib.

Qeyd edək ki. Ferrari hər iki muzeyi güzəştli şərtlərlə ziyarət etməyə imkan verən vahid bilet təqdim edib. Maranelloda ilk sərgi bu il yanvarın 15-də açılacaq və Ferrari-nin Le Manda qələbəsinin 70 illiyinə həsr olunacaq. “Entso Ferrari” muzeyində isə ən yaxşı dizayner həll yolları sərgisi davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*