Sükanın yalnız sürmək – qabaq təkərləri sola və sağa fırlatmaq üçün nəzərdə tutulduğu zamanlar çoxdan keçmişdə qalıb. Bu gün Formula1 bolidinin sükanı incəsənət əsəri olmaqla yanaşı, həm də mürəkkəb mühəndisi mexanizmdir ki, buna biz arxada qoyduğmuz Avropa Qran Prisində (Bakı) bir daha şahidlik etdik. Belə ki, burada Lyuis Həmilton çoxsaylı düymələr, tumblerlər, kiçik linklər və dəyişdirici açarlar içərisində çaşıb qalmışdı və uzun müddət mühərriyinin lazımi çalışma rejimini seçə bilməmişdi.
Hazırkı sükanlar, hər şeydən əvvəl, pilotlara mühərriyin kartoqrafiyasını seçməyə, yanacağın gücünü və istehlak səviyyəsini dəyişməyə, yağı yoxlamağa, idarəedici sistemlərə nəzarət etməyə və trasdakı şəraitlərdən asılı olaraq sazlanmalara düzəlişlər etməyə imkan verir.
Müasir sükanlar, hansı ki, bunların ən mükəmməlləri haradasa, 40 min avroya başa gəlir, mürəkkəb turbomotorlu güc qurğusunun idarəsi üçün zəruri olan bütün məlumatların əks edildiyi maye-kristal displeylə təchiz olunmuş əsl bort kompüterlərinə oxşayır.
Şparqalkalar
Hazırkı mövsümün birinci yarısında FİA yarışmanın gedişində pilotla bokslar arasında radiodanışıqları hər cür məhdudlaşdırmağa cəhd edirdi ki, onlar praktiki olaraq texnika ilə üz-üzə qalsınlar.
Bu, ona gətirib çıxardı ki, pilotlar sükana, çox vaxt ofis işçilərinin monitorlarında asılıb qalanlara oxşayan stikerlər yapışdırmağa başladılar. O cümlədən, Sebastyan Fettel öz Marqaritasını – o, builki Ferrari maşınını belə adlandırıb – şparqalkalarla bəzəmişdi ki, nəyin harada olduğunu yaddan çıxarmasın. Təkcə pitsanı necə sifariş etmək barədə stiker çatışmırdı, axı maşının adı belə düşünməyə əsas verir…
Sol şparqalka (fotoda yuxarıda) Fettelə xatırladır ki, yanacaq sərfiyyatı səviyyəsinə (FUEL), batareyaların dolma vəziyyətinə (SOC), eləcə də təkər və əyləclərin temperaturuna (Tyre Temp və Brake Temp) göz qoysun.
Orta stiker pit-stopların aparılması proseduru üçün nəzərdə tutulub. Pilotun imkanı var ki, bokslara ön antiqanadın (FW ? Grip+2/3) hücum bucağını neçə dərəcə dəyişməyi arzuladığı barədə məlumat ötürsün. Həmçinin, o əmin olmalıdır ki, pit-stop zamanı batareyaların doldurulmasının düzgün strategiya rejimi (Strategy SOC) seçiləcək.
Sağ şparqalkada Təhlükəszilik Maşını rejimində (SAFETY CAR IN Mode PUSH + K2) nə etməklə bağlı suallara cavab verilib.
Mercedes-in pilotu Niko Rosberq də, həmçinin, sükanın ətrafına ən müxtəlif stikerlərin yapışdırılması ilə məşhurdur.
İdarəetmə elementlərinin sükanda yerləşmə incəlikləri
İlk baxışda Fettel və Rəykkönenin sükanları tam oxşar görünür (fotoda yuxarıda), lakin yalnız ilk baxışda.
Əslində onlar rejimdəyişdirici açarların rəng qammasından başlayaraq, əsas düymələrin yerləşməsinədək bir sıra fərqlərə malikdirlər.
Qeyd etmək olar ki, N (neytral) və P (pit-leyndə sürət məhdudlaşdırıcısı) düymələri ətrafındakı sahələr xeyli fərqlənirlər. Misal üçün, displeydə rejimləri dəyişməyə imkan verən +10 və -1 düymələri, eləcə də bokslarla əlaqə düyməsi müxtəlif cür yerləşiblər.
Bundan başqa, təsdiqetmə düyməsi OK Sebastyanın sükanında solda yerləşib, halbuki Kimidə sağdadır. K2 dəyişdirici açarına gəldikdə isə, almanın maşınında sağda yuxarıda, fində isə yenə sağda olsa da, bir qədər aşağıda – mərkəzi tumblerlərin yanındadır.
Bu cür fərqlər yalnız Ferrari komandası üçün səciyyəvi deyil – Lyuis Həmilton və Niko Rosberqdə də, həmçinin, sükandakı idarəetmə elementlərinin yerləşməsində ciddi fərqlər müşahidə olunur ki, bunu da yuxarıdakı fotoda görmək olar.
Demək olar ki, karbondan olan dəqiq nüsxə
Haas və Ferrari arasındakı texniki tərəfdaşlıq razılaşmasını nəzərə alaraq, təəccüblü deyil ki, VF16-nın kokpitində quraşdırılmış sükan SF16-H maşınlarındakı öz analoqlarına çox oxşayır.
Keçən il FIA mühəndis statusuna iddialı olan komandaların öz istehsalları üçün məcburi olan şassi elementləri siyahısını ixtisara saldı.
İdman reqlamentinin 6-cı əlavəsi müəyyənləşdirir ki, kollektiv sərbəst şəkildə monokok, təhlükəsizlik özək-yuvacığı, ön təhlükəsizlik strukturu, yuxarı təhlükəsizlik qövsünün konstruksiyası, antiqanadlar, altlıq, diffuzor və gövdəni – ümumiyyətlə, hava axınının üzərində sürüşdüyü bütün müstəviləri istehsal etməlidir.
Haas-ın misalında bu detalların inşası üçün İtaliyadakı Parmada məskənləşən məşhur mühəndis Dallara və onun adını daşıyan şirkət cavabdehlik daşıyırlar. Göstərilən siyahıya daxil olmayan qalan digər element və detalları – güc qurğusunu, ötürmələr qutusunu, arxa təhlükəsizlik strukturunu, asılqan elementlərini, əyləc havaötürücülərini… və əlbəttə ki, sükanı da Formula1 debütantı Ferrari-dən alır!
Bu zaman Haas komandasının sükanı Ferrari analoqunun dəqiq surəti deyil. Belə ki, misal üçün, üç mərkəzi dairəvi dəyişdirici açarlardakı mövqelərin sayı onlarda eynidir, amma indikatorlar və rəng qamması fərqlənir.
Həmçinin, Fettelin şparqalkasının yerinə “Hər yeyilən buterbroddan həzz al” yazısı asmış komandanın yumoru da özünə cəlb edir.
Sükanın aşağı hissəsində də düymələr, həmçinin, başqa cür düzülüb – PUMP düyməsi RADIO-nun, OK isə K2-nin altındadır. Dəyişdirici açarlara gəldikdə isə, Haas komandasında qərara gəldilər ki, bunların yerləşməsini Fetteldən deyil, Rəykkönendən nüsxələsinlər.
Lakin bütün bunlar xırdalıqlardır, Haas və Fettel sükanları arasındakı başlıca fərq bunların arxa hissəsində – o biri tərəfində gizlənir.
Bu mövsümün startından əvvəl FİA komandalara iki sükanaltı linkli ilişmə muftasından istifadəni qadağan elədi, ancaq VF16 sükanının arxa tərəfini əvvəlkitək iki dəyişdirici açar bəzəyir. Bu zaman onların hər ikisi eyni bir funksiyanı yerinə yetirir, lakin pilota əllərin sükanda nə vəziyyətdə olmasından asılı olmayaraq, yedəkləmədən sonra təkərlərin trasla ilişməsini daha dəqiq tutmağa kömək edir.
Qeyd etməyə dəyər ki, Ferrari istisna olmaqla bütün qalan komandalar da öz sükanlarında hərəsi iki linki saxlayıblar. Maranelloda isə qərara gəldilər ki, hərəsində bütün əlçatar məkanı tutan bir dəyişdirici açar quraşdırsınlar ki, bunlar da sürücü tərəfindən həm basıla və həm də boşaldıla bilər.
Ferrari sükanındakı düymə və linklərin izahı
- RF (Rear Flap) – arxa qanadın açılma sistemini (DRS) aktivləşdirir.
- N – neytral ötürməni işə salır
- OK – pilota informasiyanı, bu zaman radioəlaqəyə çıxma zərurəti olmadan təsdiqləmək imkanı verir
- C – mühərriyin kartoqrafiyasının sürətli dəyişimi
- Mühəndislərlə radio üzrə əlaqəni aktivləşdirir
- SOC (State of Charge) – batareya paketlərinin, bunların boşalması və dolması baxımından iş rejimini nizamlayır
- DIF IN – döngələrə girişdə differensialın sazlanmasını dəyişməyə imkan verir
- FUEL – yanacaq-hava qatışığının zənginləşmə dərəcəsini dəyişir
- MF (Multifunction) – mühərriyin idarə edilməsinin müxtəlif strategiyalarını seçməyə imkan verən əsas menyu tumbleri, ERS, əyləclərin balansı və i.a.
- SPARK – mühərriyin kartoqrafiya rejimini sazlayır
- BB (Breake Balance) – ön və arxa ox arasında əyləc qüvvəsini paylaşdırır
- ATCK (Attack) – müvəqqəti tezləşdirməni etməyə imkan verir
- START – start və ya pit-stop üçün mühərriyin fırlanma anı rejiminin seçimi
- TRQ (Torque) – döngənin çıxışında sürətlənmək üçün mühərriyin ideal fırlanma anı rejiminin seçilməsi
- WET – bütün parametrləri yağış rejiminə keçirməyə imkan verir
- SLOW – bu funksiya haqqında məlumat yoxdur
- Bu dəyişdirici açar yalnız cari mövsümdə meydana çıxıb və onun təyinatı hələ məlum deyil
- K1 və K2 – ERS enerjinin rekuperasiyası sisteminin rejimlərinin sürətlə dəyişdirilməsi
- +1/-10 – displeydəki göstəricilərin müəyyən mövqelər miqdarında dəyişdirilməsi
- P (Pit Limiter) – pit-leyndə sürət məhdudlaşdırıcısının işə salınması