Ferrari-nin motoru çox ağırdır?

Avstraliya Qran Prisində Ferrari maşınlarının sürət çatışmazlığı güc qurğusunun çox ağır olması ilə bağlıdır. Almaniyanın Auto Motor und Sport saytı […]

Avstraliya Qran Prisində Ferrari maşınlarının sürət çatışmazlığı güc qurğusunun çox ağır olması ilə bağlıdır. Almaniyanın Auto Motor und Sport saytı xəbər verir ki, güc qurğusunun ümumi çəkisi rəqiblərlə müqayisədə 13 kq çoxdur. Nəticədə yalnız Skuderiya deyil, eləcə də Maranelloda hazırlanan motorlardan istifadə edən Sauber və Marussia komandaları da problemlərlə üzləşiblər.

Maraqlıdır ki, reqlamentdə maşının minimum çəksinin 700 kq-a qədər artırılmasını Mercedes AMG komandası təklif etmişdi, amma Ferrari bu təklifi rədd edən iki komandadan biri olmuşdu. Nəticədə hazırda F14 T bu gün reqlamentin icazə verdiyi minimum həddən (691 kq) bir neçə kq ağırdır, bu isə maşının dövrədəki nəticəsinə mənfi təsir edir.

Hazırda mühərrik üzərində hər hansı bir iş, onun modernizə olunması dondurulub və yalnız FİA-nın icazəsi ilə müəyyən işlər görülə bilər. Mühərriyin konstruksiyasının dəyişdirilməsi ilə FİA-ya Renault motorçuları ilə yanaşı, Ferrari motorçuları da müraciət ediblər. Söhbət yeni tökmə detallardan gedir ki, motor ustalarının fikrincə, güc qurğusunun çəkisinin azalmasına kömək edə bilər.

Digər problem isə etibarlılıqdır, məhz buna görə də Ferrari sürücüləri yarışda motorun imkanlarından tam istifadə etməyiblər. Maşının ən zəif yeri isə düzlükdə maksimal sürətdir. Alonso yarışdan sonra bildirib ki, uzun müddət Niko Hülkenberqi keçə bilməməsinin səbəbi Force İndia maşınının düzlükdə sürətli olması idi.

Komandanın başçısı Stefano Domenikali də sürət problemlərini etiraf edib – onun sözlərinə görə, müəyyən problemlər üzündən mühərrik daim gücünü itirir, “bir problem digər problemi doğurur, məsələn, ya akkumulyator dolmur, ya da elektrik motorunun effektliyi aşağı düşür…”

Kimi Rəykkönen də yarışın gedişində ötmələrlə problemlər yaşayıb, amma onun maşınında DRS işləməyib. Məhz buna görə finlandiyalı sürücü uzun müddət Jan Erik Verni keçə bilməyib. Domenikalinin sözlərinə görə, problem DRS-lə deyil, FİA-nın bu sistemdən istifadəyə icazə verən siqnalı ilə bağlı olub.

Amma komanda başçısı ümid edir ki, Malayziya Qran Prisinə qədər bütün problemlər həll olunacaq…

, , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*