İtaliyalı jurnalist Leo Turinin Maranelloda etibarlı məlumat mənbəyi var və onun mətbuata verdiyi açıqlamalar, adətən, bir müddət sonra təsdiqlənir. Bu gün Leo öz bloqunda Ferrari komandasının bu mövsümdə qarşısında duran vəzifələrdən danışıb.
F-1.az Leonun bloquna əsasən bildirir ki, komandanın Melburnda minimum məqsədi hər iki maşını sıralanma turunun son sessiyasına daşımaqdır. Bu şənbə gününün məqsədidir, bazar günü isə komanda maşınlardan hər hansı birini podiumda görməyi planlaşdırır. Hərçənd, hər iki məqsədin reallaşması şansı çox azdır.
Turininin fikrincə, Fiat Chrysler konserninin başçısı və Ferrari şirkətinin prezidenti Sercio Markionnenin Detroyt Avtosalonunda səsləndirdiyi ən maraqlı cümlə budur: “Əgər biz 2015-ci il mövsümünün sonunda liderlərdən çox geri qalarıqsa, onda heç bir bəhanəmiz olmayacaq”.
Gələn həftə Kimi Rəykkönen Maranelloya gələcək: şayiələrə görə, finlandiyalı sürücü çox yaxşı formadadır…