F-1.az xatırladır ki, Fettelin də Ferrari ilə olan müqaviləsi gələn ilin sonunda başa çatacaq. Digər tərəfdə isə Həmilton hələ də Mercedes-lə yeni müqavilə üçün danışıqlara başlamayıb. Lakin britaniyalı sürücünün “gümüşü oxlar”ın heyətində qalacağı gözlənilir.
Mattia Binotto: “Lyuis qeyri-adi və mükəmməl sürücüdür. 2021-ci ildə onun boşda olması bizi sevimdirir, ancaq qərar vermək üçün də tezdir. Hazırda sürücülərimizdən razıyıq. Gələn il onlarla danışıqlara başlayacağıq və son qərarı verəcəyik”.