Bəyanatda bildirilir: “Simone Resta mayın 31-də komandamızın baş mühəndisi vəzifəsindən ayrılacaq və başqa bir komandada başqa vəzifəni tutacaq”.
Hələ rəsmi məlumat verilməsə də, onun Sauber-ə gedəcəyi güman edilir. Biz Yorq Tsanderin Sauber-in texniki direktoru postundan ayrılması barədə yazmışdıq. Çox güman ki, Resta onu əvəzləyəcək.
Qeyd edək ki, Resta Ferrari-nin texniki şöbəsində Mattia Binottodan sonra ikinci şəxs idi.