Ferrari-nin baş konstruktoru istefa verib

Ferrari komandasının baş konstruktoru David Sançes vəzifəsindən istefa verib.

F-1.az xatırladır ki, Sançez 10 ildən çoxdur ki, Ferrari-də işləyirdi. O, 2012-ci ildə Skuderiyanın heyətinə Aerodinamika şefi kimi qatılmışdı. 2016-cı il baş aerodinamikaçı Dirk de Bir komandadan ayrılandan sonra Sançes onun yerinə keçmişdi. Fransalı mühəndis 2019-cu ildə isə komandanın baş konstruktoru olmuşdu. Yəni ki, keçənilki F1-75 də, builki SF23 də onun əsərləridir. Sançes 2017-ci ildə Ferrari-yə qələbələr gətirən SF-70H bolidini Simone Resta ilə birgə yığmışdı.

Fransalı mühəndisin ayrılmağı hazırda Ferrari üçün pisdir, çünki Red Bull-la hazırda fərq çoxdur və bunu bağlamaq lazımdır. Həm də yeni mühəndis transferi də çətin məsələdir. Çünki başqa komandadan transfer edilən hər mühəndis ən az 1 mövsüm icbari məzuniyyət götürür. Buna görə də Ferrari Sançezin yerini komandadan bir mühəndislə doldurmalıdır.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*