Ferrari-nin alternativləri azalır

Karlos Sayns, Daniel Rikkardo və Maks Ferstappenin komandalarında qalması ilə Ferrari-nin 2017-ci ildə Rəykkönenin əvəzinə transfer etmək istədiyi alternativlər azalıb...

F-1.az xatırladır ki, Rəykkönenin Ferrari ilə olan müqaviləsi ilin sonunda başa çatır və Rikkardo, Qrojan, Bottas, Ferstappen, Peres və Saynsdan birinin onun yerinə transfer ediləcəyi deyilirdi. Ancaq Rikkardo, Ferstappen, Sayns komandaları ilə müqavilələrini uzatdılar və alternativlər arasında Qrojan, Bottas və Peres qaldı.

Red Bull komandasının rəhbəri Kristian Horner bildirib ki, “Sürücülərimizin adı belə söz-söhbətlərdə hallanmayacaq və bunu bilmək çox gözəldir. Ancaq onlar nə Rikkardo ilə, nə də Sayns ilə əlaqə yaratmadılar”.

Helmut Marko bildirib ki, Peres Ferrari-də yarışmaq üçün əlindən gələni edir: “O, Ferrari oturacağının boş olduğunu bilir və buna görə də həmişəkindən sürətli sürür”.

Toto Volff isə bildirib ki, “əgər mən Ferrari-nin yerində olsaydım, Bottas və Qrojan arasında seçim edəsi olsaydım, Bottası seçərdim”.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*