F-1.az xatırladır ki, “qırmızı”lar keçən ilin Yaponiya yarışından sürücülərin kombinezonlarında və maşının görünən iri detallarının üzərində Philip Morris şirkətinin Misson Winnow layihəsinin adını yazmağa başlamışdılar.
Bu il isə çempionat iştirakçılarının ilkin siyahısında komandanın adı Scuderia Ferrari Misson Winnow olaraq verilmişdi. Lakin yenilənmiş siyahıda komandanın adından bu əlavə götürülüb və komandanın adı yenidən Scuderia Ferrari olub. Bu dəyişiklik Avstraliya və İtaliyada başlayan araşdırmalardan sonra edilib.
Deyilənlərə görə, komanda üzvləri mövsümün ilk səfər yarışlarına keçənilki formalarda qatılacaqlar.