F-1.az xatırladır ki, bu mövsümün sadəcə ilk 8 yarışı rəsmən təsdiq edilib ki, bu da Ferrari-nin Formula1-dəki yarış sayını 999-a çatdıracaq. Təsdiq olunacaq növbəti yarışlardan ilki isə italyan komanda üçün əlamətdar – 1000-ci olacaq.
Əsas sual bu yarışın harada baş tutacağıdır. RaceFans-ın məlumatına görə, Formula1 və Ferrari rəhbərliyi 11-13 sentyabr tarixlərində – Montsadakı İtaliya Qran Prisindən cəmi bir həftə sonra Mucelloda yarışın keçirilməsi üçün müzakirələr aparırlar.
Biz bir müddət Mucellonun Formula1-ə ev sahibliyi etmə istəyi barədə məlumat vermişdik. Trasda heç vaxt F1 yarışı keçirilməsə də, yalnız testlər baş tutub və Formula1 üçün lisenziyası var.