F-1.z xatırladır ki, Mercedes bu il yenidən qara rəngə dönüş edib. Lakin Almaniya komandası təkcə qara rəngi qaytarmayıb. 2015-2019-cu illərdə Mercedes-in sponsoru olmuş, 2022-ci ildə Ferrari-yə keçən Snapdragon da yenidən “gümüşü oxlar”ın sponsoru olub.
Snapdragon Qualcomm-un markalarından biridir. Qualcomm isə Mercedes-lə çoxillik müqavilə bağlayıb. Müqaviləyə əsasən Mercedes həm Snapdragon-un, həm də Qualcomm-un texnologiyasından istifadə edəcək. Snapdragonun loqotipləri bolidin və sürücü geyimlərinin üzərində olacaq.