Ferrari-ni motorçuların görüşünə buraxmayıblar

Ferrari-nin nümayəndələrinə 2026-cı ildə yeni mühərrik reqlamentinə keçidi müzakirə edən güc qurğuları istehsalçılarının bu yaxınlarda keçirilən iclasında iştirak etmək qadağan olunub.

F-1.az racingnews365-ə istinadən xəbər verir ki, Ferrari-nin motorçularını keçən il dekabrın 15-də baş tutan iclasa rəsmi səbəblərə görə buraxmayıblar – italiyalar 2026-cı il mövsümündə iştirak üçün son tarixdən əvvəl müraciət ərizəsini təqdim etməyiblər.

Əvvəlcə FİA müraciət üçün son tarixi 15 oktyabr 2022-ci il tarixinə təyin etmişdi, lakin bu tarixə qədər yalnız Honda müvafiq sənədləri təqdim edib. Sonra ərizələrin qəbulu üçün son tarix noyabrın sonuna qədər uzadılıb və federasiya vaxt bitməmiş Alpine SAS, Honda Racing Corporation, Mercedes AMG High Performance Powertrains və Red Bull Powertrains şirkətlərindən müraciətləri qəbul edib.

Yeganə müraciət etməyən Ferrari olub, o, Red Bull Powertrains-in yeni güc qurğusu istehsalçısı sayılmasından narazı olub. Çünki avstriyalılar, əslində, Honda-nın əqli mülkiyyətindən istifadə ediblər. Bildiyiniz kimi, yeni təchizatçılar mühərriklərin sınaqdan keçirilməsi və dinamik stendlərin istismarı ilə bağlı bəzi güzəştlər əldə edirlər. Ferrari Red Bull-a belə güzəştlərin verilməsinə qarşı çıxıb.

Ferrari-nin rəsmi nümayəndəsindən vəziyyəti şərh etməsi xahiş olunduqda, “komandanın cavabı yoxdur”, – deyərək əlavə şərh verməkdən boyun qaçırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*