F-1.az xatırladır ki, Skuderiyanın mühəndislər güc qurğusunda bir problemin olduğundan şübhələnmiş və nasazlığın səbəblərini öyrənmək üçün onu Maranellodakı bazaya göndərmişdilər.
Bu gün Ferrari komandasının mətbuat xidməti reliz yayıb ki, “nasazlıq yağlama sisteminin qeyri-struktur problemi ilə əlaqəli olub. Ciddi narahatlığa əsas yoxdur və komanda artıq problemin həlli üçün işlər görüb”.
Bundan əlavə, İtaliya komandası testlərin ikinci həftəsində sürücülərin iş qrafikini təsdiqləyib. Çərşənbə günü səhər Sebastyan Fettel testlərə başlayacaq, günortadan sonra isə onu Şarl Lekler əvəz edəcək. Cümə axşamı bütün günü sükan arxasında Fettel işləyəcək, cümə günü isə Lekler testləri tamamlayacaq.