Ferrari mövsümün startına hazırlaşır

Ferrari komandası mövsümün ilk yarışına hazırlığın son mərhələsindədir. İki F14 T artıq Avstraliyaya yola salınıb və ikinci gün Albert Parka […]

Ferrari komandası mövsümün ilk yarışına hazırlığın son mərhələsindədir. İki F14 T artıq Avstraliyaya yola salınıb və ikinci gün Albert Parka çatacaqlar – maşınları Diyeqo İovernonun başçılıq etdiyi mexaniklər briqadası qarşılayacaq. Cümə axşamına hər iki maşın FİA-nın təftişinə tam hazır olacaq.

Yeni mövsümün startını hamı böyük maraqla gözləyir və əlbəttə, böyük diqqət yeni güc qurğularına yönəlib. Ferrari-nin bazasında hazırlanıb yığılmış ilk hibrid mühərrik 059/3 indeksini alıb. Ümumi rəyə görə, yeni texniki reqlamentin tətbiqi, xüsusən də yanacaq sərfiyyatının daha sərt normaları yarışların xarakterinin dəyişməsinə gətirib çıxaracaq. Sürücülərin sıralanma turunda və yarışın gedişində göstərdiyi maksimal sürət fərqi daha kəskin olacaq.

Bütün yarış məsafəsini 100 kq yanacaq sərf etməklə başa vurmaq lazımdır, deməli, komandalar güc qurğularından maksimum effektivliklə istifadə etməlidirlər. Avstraliyada mühəndislər ilk dəfə çətin məsələni həll etməli olacaqlar: demək olar ki, hər bir dövrədə daxili yanma mühərriyinin işi ilə batareyalarda yığılan enerjidən istifadə edən elektromotorların işini optimal uyğunlaşdırmaq lazım gələcək.

Sürücülər isə pit-uoldan aldıqları təlimatlara daha ciddi diqqət etməli olacaqlar – əks halda, əgər yanacaq artıq sərf olunubsa, finişə çatmaq üçün son dövrələrdə sürəti kəskin azaltmalı olacaqlar. Aydındır ki, çox şey texnikanın etibarlılığından asılı olacaq: bəzi ekspertlər güman edirlər ki, Avstraliyada mübarizəni vaxtından əvvəl dayandıranların sayı çox olacaq. Hərçənd, bütün bu proqnozların nə dərəcədə doğru olmasını biz gələn həftə artıq görəcəyik…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*