F-1.az xatırladır ki, Ferrari mövsümə çox pis başlamış və buna görə də həm bazada, həm də trasda ciddi iş rejimində işləməyə başlamışdılar. İtalyanlar düşünürlər ki, problem maşının təməlindədir və buna görə də 2024-cü ildə tamamilə yeni konseptə keçəcəklər. Bəziləri düşünür ki, onlar Red Bull-un yolu ilə gedəcəklər, amma Ferrari bu barədə heç nə danışmaq istəmir.
Bundan başqa “qırmızılar” bi il əksər yarışlardan test kimi istifadə edirlər. Buna görə də növbəti yarışlarda kiçik də olsa, yeniliklər gətirəcəklər.
Ferrari-nin baş yarış mühəndisi Cok Klia bildirib ki, komanda yeniliklər hazırlamağa davam edir və bunların çox növbəti mövsüm üçündür.
Cok Klia: “Davamlı olaraq yeniliklər gətirəcəyik, amma bunlar böyük yeniliklər olmayacaq. Kiçik yeniliklər olacaq. Görək nə edirik. Növbəti mövsümə yaxşı başlamaq istəyirik. Buna görə də builki mövsümü major notlarla bitirməliyik. Növbəti mövsüm üçün istifadə ediləcək bu yenilikləri maşında test etməli və yaxşı işlədiklərinə əmin olmalıyıq”.