Ferrari motoru koronavirusa yoluxub

Avstriyada sıralanma turundan sonra Alfa Romeo və Ferrari keçən ilə nisbətən ən çox geriləyən komandalar olublar.

F-1.az xatırladır ki, “qırmızılar” keçən il Şpilberqdə Şarl Leklerlə poul qazanmışdılar, amma monakolu sürücü bu il 7-ci yeri tutub. Ferrari motorundan istifadə edən Alfa Romeo komandasının hər iki sürücüsü və Haas-dan Kevin Maqnusen isə ilk sessiyada mübarizəni dayandırıblar. Haas-ın digər sürücüsü Qrojan və Ferrari-dən Sebastyan Fettel isə ikinci sessiyada ələniblər.

Keçən illə müqayisə etdiyimizdə Alfa Romeo 1.119 saniyə vaxt itirərək, ən çox geriləyən komanda olub. Fanatlarını məyus edən Ferrari isə keçən ilə nisbətən 0.920 saniyə geridə qalıb. Haas isə keçənilki nəticəsinə 0.619 saniyə uduzur.

2019-cu illə müqayisədə yerində sayan yeganə komanda isə Red Bull olub. Onlar keçənilki nəticələrinə çox cuzi fərqlə – 0.038 saniyə uduzublar.

Sıralanma turunda ilk iki yeri tutan Mercedes isə keçənilki nəticəsini 0.323 saniyə qabaqlayıb. Ən çox inkişaf edən komanda isə Racing Point-dir. “Çəhrayılar” keçənilki göstəricilərini 0.921 saniyə yaxşılaşdırıblar.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*