F-1.az qəzetə istinadən xəbər verir ki, motor ustaları 2017-ci ilin güc qurğusunda təkmilləşmə işləri apararaq onun gücünü 1000 at qüvvəsindən artıq ediblər.
Qəzetdə dərc olunan yazıda deyilir ki, “yanma kamerası sıfırdan hazırlanıb, rekuperasiya sisteminin effektivliyi artırılıb, sistemlərin qarşılıqlı təsiri optimallaşdırılıb” və 970 at qüvvəsi olun köhnə qurğunun gücü 40-50 at qüvvəsi artırılıb.
Xatırladaq ki, 2015-ci ildə Skuderiyanın motorçuları daha böyük təkmilləşdirmə işi görmüşdülər, elə 2016-cı ilin gedişində də Mattia Binottonun departamenti yaxşı çalışmışdı. Bu il komanda yeni maşınını fevralın 24-də Fyoranoda təqdim edəcək və zavod trasında rəsmi çəkiliş günü keçirəcək…