Ferrari motorçuları müştəri komandaları saxlamaq istəyirlər

Gələn il Formula1 yeni turbomotorlara keçəcək, ona görə bəzi komandalar motor təchizatçısını dəyişmək üzərində düşünürlər. Ferrari komandasının motor və elektronika […]

Gələn il Formula1 yeni turbomotorlara keçəcək, ona görə bəzi komandalar motor təchizatçısını dəyişmək üzərində düşünürlər. Ferrari komandasının motor və elektronika şöbəsinin başçısı Luka Marmorini bildirib ki, güc qurğularını inkişaf elətdirməyin zəruri yolu müştəri komandaların çox olmasıdır.

Hazırda Ferrari motorlarında zavod komandası ilə yanaşı Sauber və Toro Rosso komandaları da təchiz olunurlar. Amma Red Bull-un törəmə komandası gizlətmir ki, gələn ildən Renault motorlarına keçmək istəyir ki, hər iki komandanın bir çox detallarını uzlaşdırmaqla məsrəfləri azaltsın.

Luka Marmorini: “Mən hələ bilmirəm ki, Toro Rosso gələn il bizimlə işləyəcək. Bizim münasibətlərimiz əvvəlki kimi yaxşıdır. Onlar inkişaf proqramının vacib elementidirlər, amma digər tərəfdən biz də onlara rəqabətədavamlı motorlar veririk.”

Amma Force İndia komandası da hələ motor təchizatçısını müəyyən etməyib. Hesab edilir ki, Jül Byanki ilə müqavilənin imzalanması 2014-cü ildə Mercedes motorlarının Ferrari motorlarına dəyişdirilməsinin şərtidir. İstənilən halda, Marmorini təsdiq edib ki, müştəri komandaların sayının azalmasını istəmir…

Luka Marmorini: “Müştəri komandalar motorçular üçün çox vacibdirlər. Birincisi, biz motorlarımızı test etməliyik, mövsümün gedişində testlər qadağandır, ona görə də müştərilərimiz bizə daha çox məlumat toplamağa imkan verirlər. Bundan başqa, müqayisə nöqtəsi olmalıdır, yəni eyni motordan istifadə edən başqa komanda olmalıdır ki, maşınların sürətini müqayisə edə bilək.”

Ferrari-nin müştərisi kimi Toro Rosso komandasının yerinə Marussia komandasının da adı çəkilir. Rusiya komandası hələlik Cosworth motorlarından istifadə edir və ekspertlərin fikrincə, şəxsi şirkət Formula1 səviyyəsində rəqabətədavamlı turbomotor hazırlaya bilməyəcək…

, , , , , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*