F-1.az xatırladır ki, “qırmızılar” İspaniyada əsas rəqibləri Mercedes-in tempinə cavab verə bilməmiş və mövsümdə ilk dəfə podiumdan kənarda qalmışdılar.
Qırmızı maşınlar İspaniyada təkərləri daha tez yeyirdilər. Yeni asılqan bolidi daha aqressiv edirdi və aerodinamik fayda qazandırırdı. Fettel isə Barselonadakı mövsümiçi testlərdən sonra bildirmişdi ki, harada səhv etdiklərini anlamaq üçün hərtərəfli araşdırma aparırlar. Nəticədə komanda yeni asılqanlardan şübhələnib və Monakoda Fettelin bolidində əvvəlki asılqanlar olacaq. Komandanın daha sonra hansı qərarı alacağı müəmmalıdır. Ferrari sıralanma turu və yarışda yeni asılqanlara qayıda bilər”.