F-1.az xəbət verir ki, təlim bu formada aparılır: mexaniklər iki qrupa bölünür və növbə ilə Maranelloda xüsusi zalda gündə 20 pit-stop edirlər. Şöbənin rəhbəri Dieqo Yoverno komandanın mövsümün startına mükəmməl formada gəlməsini təmin etmək üçün fitnes və qidalanma planına da nəzarət edir.
Ferrari ötən mövsüm pit-stoplarının 73%-ni 3 saniyə ərzində etməyi bacarmışdısa, Yovernonun builki hədəfi azı 80%-dir.